Dünya

İtaliyada taksi tapmaq mümkün deyil - Tətil başladı

21 Noyabr 2017 18:54
2 Şərh     Baxış: 743
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu gün İtaliyada taksi sürücülərinin ümummilli tətili keçirilir.

Milli.Az Trend-ə istinadən bildirir ki, paytaxt Romada və digər şəhərlərdə yerli vaxtla saat 08:00-dan 22:00-dək taksi fəaliyyəti dayandırılacaq.

Sürücülər yalnız xəstə, qoca və əlil müştərilər üçün istisnalar edəcəklərini bəyan ediblər.

Taksi sürücüləri İtaliya hökumətinin taksi xidmətinin liberallaşdırılması ilə bağlı qərarına etirazını bildirir. Onların fikrincə, yeni qanun ölkə ərazisində beynəlxalq şirkətlərin, "Uber" kimi xidmətlərin işini daha da asanlaşdıracaq ki, bu da yerli taksi xidmətlərinin fəaliyyətinə mənfi təsri göstərəcək.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.