Dünya

Suriya müxalifətinin Danışıqlar üzrə Ali Komitə əlaqələndiricisi istefa verib

20 Noyabr 2017 21:51
0 Şərh     Baxış: 686
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Suriya müxalifətinin liderlərindən biri, ölkənin sabiq baş naziri Riyad Hicab Danışıqlar üzrə Ali Komitə əlaqələndiricisi vəzifəsindən istefa verib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Əl-Ərəbiyə" telekanalı xəbər verib.

Riyad Hicabın istefası bir neçə gündən sonra Ər-Riyadda müxalifətin keçirəcəyi görüş ərəfəsində baş tutub. Görüş Cenevrədə BMT himayəsi altında keçirilən danışıqların iştirakçılarının müəyyənləşdirilməsinə yönəlib. Səudiyyə Ərəbistanı paytaxtında görüş noyabrın 22-24-ə planlaşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.