Dünya

ABŞ hərbçilərinə spirtli içkini qadağan etdi

20 Noyabr 2017 12:14
0 Şərh     Baxış: 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerika Birşəmiş Ştatları Silahlı Qüvvələrinin komandanlığı Yaponiyanın Okinava adasında yerləşdirilmiş hərbçilərə alkoqol istifadəsini qadağan edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, buna səbəb bazar günü adadda amerikalı hərbçinin iştirakı ilə baş vermiş yol qəzası olub. Belə ki, Amerika Silahlı Qüvvələrinə məxsus yük maşınını idarə edən içkili hərbçi yerli sakinin idarə etdiyi avtomobili vurub.

Yerli polisin verdiyi məlumata görə, amerikalı hərbçinin idarə etdiyi avtomobil qırmızı işıqda yolu keçib. Nəticədə baş vermiş yol qəzasında yaralanmış 60 yaşlı Yaponiya vətəndaşı aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.