Dünya

Qardaşları ac qalmasın deyə oğurluq edən 12 yaşlı uşaq özünü öldürdü - FOTO

20 Noyabr 2017 10:23
8 Şərh     Baxış: 7 168
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstriyadakı qaçqın düşərgəsində 12 yaşlı oğlan intihar edib.

Milli.Az xarici mətbuata istinadla bildirir ki, 12 yaşlı oğlanın intiharı ilə bağlı avstriyalı rəsmilər araşdırma aparırlar.

Deyilənə görə, 12 yaşlı məktəbli mağazadan 6 avro pul oğurladığı zaman tutulduğuna görə canına qəsd edib.

Independent-in verdiyi məlumata görə oğlan 6 qardaşı ac qalmasın deyə oğurluq edib. Onun qardaşlarından biri Daun sindromuludur. Onlar ötən ildən bəri qaçqın düşərgəsində yaşayırlar.

Avstriya mətbuatı Osterreich isə yazır ki, oğlan alman dilini bilirdi və şəhərin mərkəzi hissəsində yaşayırdı. O, oğurluq səbəbindən ailəsi deportasiya edilməsin deyə intihar edib.

Bəxtiyar Umarlı
Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.