Dünya

Çində baş vermiş güclü yanğında 19 nəfər həlak olub

19 Noyabr 2017 23:34
0 Şərh     Baxış: 734
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çində, yaşayış binasında baş vermiş güclü yanğında 19 nəfər ölüb.

Milli.Az report.az-a istinadən bildirir ki, hadisə Pekin yaxınlığındakı şəhərlərdən birində olub. Yanğın zamanı həmçinin 8 nəfər xəsarət alıb. Hadisənin satış və icarə üçün nəzərdə tutulmuş ucuz mənzillərin olduğu yaşayış kompleksində baş verdiyi qeyd edilir.

Yanğını söndürmək üçün iki saat vaxt sərf olunub. Hadisənin başvermə səbəbi hələlik məlum deyil.

Hadisənin təhqiqatına nəzarəti Pekinin meri Çay Çi üzərinə götürüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.