Dünya

Türkiyənin məşhur ağır atleti Naim Süleymanoğlu dəfn edilib - FOTO

19 Noyabr 2017 19:14
2 Şərh     Baxış: 2 537
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ağırlıq qaldırma üzrə 3 dəfə olimpiya, 6  dəfə dünya çempionu olub saysız rekordlar qıran Türk  ağır atleti Naim Süleymanoğlu İstanbulda dəfn edilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, günorta namazından sonra Naim Süleymanoğlunun Fateh məscidində qılınan dəfn namazında baş nazir Binəli Yıldırım, keçmiş baş nazir Əhməd Davudoğlu, Türkiyə Böyük Millət Məclisinin vitse-spikeri Akif Hamzaçebi, gənclik və idman naziri Osman Aşkın Bak, siyasət, sənət, idman dünyasının tanınmış şəxsləri, Süleymanoğlunun Bolqarıstandan gələn həmyerliləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Namazdan sonra Naim Süleymanoğlu Edirnekapı qəbiristanlığında Türkiyə Respublikası himninin sözlərinin müəllifi Mehmet Akif Ersoy ilə Gəncədən İstanbula köçən Rəfibəylilər ailəsinin qəbirlərinin arasında qazılmış məzara dəfn edilib. Dəfn mərasimində iştirak edən Türkiyənin gənclik və idman naziri O. A. Bak N. Süleymanoğlunun Türk idmanına verdiyi töhfələrin heç vaxt unudulmayacağını və adının əbədi yaşadılacağını vurğulayıb.

Qeyd edək ki, uzun müddət  qara ciyər sirrozundan əziyyət çəkmiş N. Süleymanoğlunun 6 oktyabrda qara ciyəri dəyişdirilsə də, noyabrın 11-də beyninə qan sızıb. Beynində əməliyyat aparılsa da, məşhur atletin həyatını xilas etmək mümkün olmayıb. N. Süleymanoğlu noyabrın 18-də vəfat edib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.