Dünya

Zimbabve prezidenti ölkədən qaçdı - YENİLƏNİB

19 Noyabr 2017 00:02
4 Şərh     Baxış: 2 056
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

00:02

RİA "Novosti" yerli ZBC telekanalına istinadən xəbər yayımlayıb ki, sabah Zimbabve prezidenti Robert Muqabe ölkənin silahlı qüvvələrinin komandanlığı ilə görüş keçirəcək.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bundan əvvəl verilən xəbərdə Muqabenin ölkəni tərk etdiyi bildirilirdi. Digər bir mənbəyə görə, hərbçilər istefa verməkdən boyun qaçıran prezidenti ev dustaqlığında saxlayırlar.

18.11.2017

21:49

Zimbabve prezidenti Robert Muqabe onu istefaya səsləyən nümayişlərin keçirildiyi və hakimiyyətin ordunun əlinə keçdiyi bir vaxtda ölkədən qaçıb. Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bu barədə "Daily Mail" nəşri Muqabeyə yaxın mənbəyə istinadən yazıb.

Zimbabve dövlət başçısının mühafizə xidmətinin əməkdaşı bildirib ki. Muqabenin "Mavi dam" adlı iqamətgahında hərbçilərdən başqa heç kim yoxdur.

Hazırda Muqabenin harada olması barədə məlumat yoxdur. Güman edilir ki, o, daha öncə birinci ledi Qreysin qaçdığı qonşu ölkə Namibiyada ola bilər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.