Dünya

NATO Türkiyədən üzr istədi

17 Noyabr 2017 17:12
4 Şərh     Baxış: 1 290
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

NATO Türkiyədən üzr istəyib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Norveçdə NATO təlimləri zamanı yerləşdirilən qalmaqallı stendlə bağlı açıqlamasından sonra Alyans tərəfindən rəsmi Ankaraya üzrxahlıq məktubu ünvanlanıb.

Norveçdəki Birgə Mərkəzi Hərbi Komandanlıqdan göndərilən məktubda bildirilir ki, Norveç ordusunun məsələ ilə bağlı məsul heyəti vəzifədən azad edilib.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyənin dövlət başçısı bəyan edib: "Onlar "düşmənlər"in fotolarının olduğu stend quraşdırıblar, orada da Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün və mənim şəkillərim əks olunub. Məsələdən xəbər tutan Türkiyə Baş Qərargahının rəisi dərhal bizə məlumat verdi və bildirdi ki, NATO təlimlərində iştirak edən 40 türkiyəli əsgərin geri çağırılması barədə qərar qəbul olunub".

R.T.Ərdoğan Türkiyə hakimiyyətinin bu qərarı dəstəklədiyini bildirib: "Ankara həmin stend götürülsə belə, bu qərarına yenidən baxmayacaq".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.