Dünya

Vəkili Rza Zərrabdan xəbər ala bilmir

15 Noyabr 2017 09:48
1 Şərh     Baxış: 2 791
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Əvvəlcə azad edildiyi deyilən, daha sonra isə ABŞ-da həbsdə olduğu iddia edilən Rza Zərdab haqqında məlumat verilmir.

Milli.Az publika.az-a istinadən xəbər verir ki, İran əsilli türk vətəndaşı Rza Zərrabın ABŞ Ədliyyə Nazirliyinə bağlı Federal Həbsxanaları Bürosunun rəsmi internet səhifəsindəki "09135-104" seriyalı rəsmi sənədə görə, 8 noyabr 2017-ci il tarixində azad olduğu qeyd olunmuşdur.

Lakin məlumatın yanlışlıqla yayımlandığı və məhkumun həbsxanada olduğu deyilmişdir.
Məhkumun vəkili Şeyda Yıldırım mətbuata açıqlamasında, Rza Zərrabdan xəbər ala bilmədiklərini deyib: "Onun azad edildiyi, qaçırıldığı və ya hələ də həbsdə olduğuna dair məlumatımız yoxdur. 5 gündən çoxdur heç bir əlaqə yarada bilmirik".

Xatırladaq ki, Rza Zərrabın noyabrın 27-də ABŞ-da məhkəməsi keçirələcək. Məhkəmə qabağı isə vəkili onun haqqında heç bir məlumatın olmadığını deyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.