Dünya

Pentaqon Rusiyanın ittihamlarını rədd etdi

14 Noyabr 2017 23:54
0 Şərh     Baxış: 520

Rusiya Müdafiə Nazirliyinin İŞİD-in dəstəklənməsinə dair ABŞ-ın ünvanına səsləndirdiyi ittihamlar əsassız, qeyri dəqiq və tamamilə yalandır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın nümayəndəsi polkovnik Rayan Dillon Rusiya MN-nin koalisiyanın İŞİD-lə əməkdaşlıq etməsinə dair məlumatını şərh edərkən deyib.  
Onun sözlərinə görə, Moskva Rusiyanın Suriyada üzləşdiyi çağırışlardan diqqəti yayındırmaq məqsədi ilə bu cür ittihamlar səsləndirir.   
 
"Bəzi yayılan şəkillərin video oyunlardan götürülməsi barədə xəbərlərdən məlumatlıyam", - deyə Dillon Bağdadda keçirdiyi mətbuat konfransında əlavə edib.   
 
Qeyd edək ki, Rusiya MN-nin bundan əvvəl yaydığı məlumatda qeyd olunub ki, ABŞ-ın noyabrın 9-da Əl Bukamal rayonunda geri çəkilən terrorçulara zərbə endirməkdən imtina etməsi faktı aparılmış danışıqların stenoqramlarında öz əksini tapıb. Rusiya MN-nin dərc etdiyi bu  məlumata fotoşəkillər əlavə olunub. Lakin sonradan bir sıra KİV-lər həmin şəkillərin kompüter qrafikası olduğunu üzə çıxarıb.    
 
Hazırda Rusiya Müdafiə Nazirliyi şəkilləri səhvən əlavə etdiyi iddia olunan mülki əməkdaş barəsində yoxlama aparır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.