Dünya

Səudiyyə şahzadəsi kimə “tabe ol” əmri verdi?

14 Noyabr 2017 23:16
1 Şərh     Baxış: 985

İngiltərənin "The Times" qəzetində Fələstin məsələsi ilə bağlı diqqətçəkən məqalə yayımlanıb.

Milli.Az Sputnik Azərbaycan-a istinadən bildirir ki, qəzetin yazdığına görə, Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Səlman, Fələstin lideri Mahmud Abbasa Amerikanın "Yaxın Şərqdə Sülh" planına tabe olması üçün təzyiq göstərir.

ABŞ prezidenti Donald Trampın məsləhətçisi, həm də kürəkəni olan Jerad Kuşnerin tez-tez Səudiyyə Ərəbistanına səfər etməsi də qəzetdə xüsusi vurğulanıb.

"Kuşner Riyadda olarkən şahzadə Səlmanla İsrail-Fələstin mövzusunda saatlarla danışıq aparıb. Kürəkən qayınatası Trampın "Yaxın Şərqdə Sülh" planı barədə ərəb vəliəhdə ətraflı məlumat verib" - "The Times" yazıb.

Məlumata görə, Jerad Kuşnerlə danışıqlardan sonra Məhəmməd bin Səlman mütəmadi olaraq Fələstin rəhbəri Mahmud Abbasla telefonla danışıb. O, Abbasa "Tramp planını açıqlayanda, ona tabe ol, amerikalılar nə deyirsə tabe ol" deyib. Mahmud Abbasın şahzadəyə nə cavab verdiyi barədə isə xəbər yoxdur.

Qeyd edək ki, Donald Trampın avqust ayında Səudiyyə Ərəbistanına səfərindən sonra iki dövlət arasında, o cümlədən Riyad-Tel-Əviv xəttində ciddi yaxınlıq müşahidə olunur. Son olaraq Səudiyyə Ərəbistanının müftisi Əbdüləziz Əl-i Şeyx müsəlman aləmində ciddi qınağa səbəb olan fitva verib. O, "Həmas"ın terrorçu təşkilat olduğunu, İsrailə qarşı savaşmağın caiz olmadığını, üstəlik "Hizbullah"a qarşı İsrail ilə ittifaqa girilə biləcəyini söyləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Şərh yaz:

1 Şərh:

  • Anonim
    HD · 14 Noyabr 23:5940

    Bunu bilirik erebler hemise ABS tabe olub . Eveler gizlin indi açiq ..

    Cavab yaz

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.