Dünya

ABŞ-da naməlum şəxs məktəb ərazisində atəş açıb, ölənlər var

14 Noyabr 2017 23:03
0 Şərh     Baxış: 178

ABŞ-ın Kaliforniya ştatında naməlum silahlı şəxs məktəb ərazisində atəş açıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, insident nəticəsində 3 nəfər ölüb.
Atəş açan şəxsin öldürüldüyü bildirilir.  
 
Hadisə Tehama dairəsində ibtidai məktəbin həyətində baş verib. "Bir neçə məktəbli hadisə yerindən helikopterlə aparılıb", - deyə şerif müavini Fil Conston bildirib. Polis hazırda məktəb binasında və yaxın ərazidə axtarış tədbirləri aparır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Şərh yaz:

0 Şərh:

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.