Dünya

"Bibim, bibim oğlu, onun uşaqları ölüb" - FOTO

14 Noyabr 2017 21:56
22 Şərh     Baxış: 5 272

Bazar günü İran-İraq sərhəddində baş vermiş 7,3 ballıq zəlzələ sərhədyanı ərazilərdə böyük dağıntılara səbəb olub.

Hadisənin şahidləri zəlzələnin nəticələri barədə BBC-ə danışıb.

Xosrov: "Bibim, bibim oğlu, onun uşaqları ölüb"

Dağıntı

Xosrov zəlzələ nəticəsində ən ciddi zərər çəkən məntəqələrdən biri olan və İraq sərhədinə yaxın yerləşən Sərpol Zəhab yaxınlığındakı kənddə yaşayır. O, zəlzələ nəticəsində ailə üzvlərinin öldüyünü və kəndin xarabalığa çevrildiyini bildirib.

"Divarlar bacılarımın və atamın üstünə uçub. Mən onları dağıntılar altından çıxarmalı oldum".

"Anam yaralanıb. Bibim, bibim oğlu və onun uşaqları ölüb", - o deyib.

"Bütöv kənd dağılıb. Qəbirlər çat verib, cəsədlər torpaq üzünə çıxıb".

"Su yoxdur. Camaat çaydan axan sudan istifadə edir. Ərzaq yoxdur. Bizə su və isti paltar lazımdır".

Əmir: "Ölənlərin sayının artacağını düşünürəm"

Bəzi evlər tamamilə dağılıb

Əmir Sərpol Zəhabda yaşayır. Onun sözlərinə görə, şəhərin 30 faizi dağıdılıb.

"Mehrdə yaşayış binaları yerlə yeksan olub", - o deyib.

"Şəhərdə binaların 30 faizi dağılıb. İnsanların yemək və suya ehtiyacı var. Şəhərdə xilasedicilər işləyir, lakin düşünürəm ki, ölənlərin sayı arta bilər".

Mehrdad: "Kəndlər yerlə yeksan olub"

Iran earthquake damage

Mehrdadın Kirmanşahdakı qohumlarının evi dağıldıqdan, onlar çadıra sığınıb.

"Kirmanşahda zəlzələnin episentrinə yaxın kəndlərə baş çəkdim, qohumlarıma ərzaq və çadır apardım", - o deyib.

"Kəndlər yoxa çıxıb . Camaata çörək və su çatmır, çadırlara ehtiyac var".

Salah: "Çamaat çöldə qalır"

People in tents following Iran earthquake

Salah, Kirmanşah vilayətinin Səlas Babacani şəhristanının sakinidir.

"Biz zəlzələ episentrinə yaxın yerləşirik", - o deyib.

"Camaat çöldə yaşayır. Yalnız bir neçə çadır var, evlərin 50--80 faizi dağılıb".

"Dərman və ərzaq yoxdur".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Məqaləyə dair fotomateriallar:

Şərh yaz:

22 Şərh:

  • Anonim
    مريم · 14 Noyabr 22:06150

    ALLAH yardım etsin ! Ölənlərə rəhmət diləyirik ! İnsan çox pis olur ordakılara görə,hər şeyidə yazmaq olmur ........ !

    Cavab yaz
  • Anonim
    $.$.$. · 14 Noyabr 22:11150

    görəsən niyə bu camaat susuz cörəksiz dərmansızdırlar hə? kömək yoxdur yani? qonşu ölkələr niyə kömək etmir ? elə bizimkilər də nə əcəb kömək humanitar yardım göndərməyiblər ?

    Cavab yaz
    • Anonim
      du er ikke alene · 15 Noyabr 00:2020

      Turkiye 50 tir gonderib.bawqa bilmirem.

      Cavab yaz
    • Anonim
      111 · 15 Noyabr 09:1350

      Iran qonshu olkelere ehtiyaci olmayacaq qeder chox varli bir olkedeir, yardim gonderseler savabdir, amma Iranin var-dovleti qarshisinda bu zelzelenin fesadlari deryada damladir

      Cavab yaz
  • Anonim
    .. · 14 Noyabr 22:15170

    Kaw ki, bizim de bir komeyimiz deyeydi.Allah size yardim etsin.Cox uzuluruk.

    Cavab yaz
  • Anonim
    Sakin · 14 Noyabr 22:37150

    Cox agır imtahandır.Allah sebr versin

    Cavab yaz
  • Anonim
    Hemide xanim · 14 Noyabr 23:04150

    Dehwet, Allah sen saxla, yaziq camaat, Allah komeyiniz olsun, boyuk beladi ,Allah hec kime gostermesin, yaqin ki,dovletimiz yardim edecek, inwAllah

    Cavab yaz
  • Anonim
    O · 15 Noyabr 00:2220

    Dehwet lap yaziqim geldi ordakilara Allah yardimcilari olsun Allahim zelzeleden butun tebii felaketlerden butun belalardan sene siqiniriq sen xalqimizi qoru Amin

    Cavab yaz
  • Anonim
    Umrao · 15 Noyabr 01:0520

    Ushaqlarin dagintilar altinda cansiz bedenlerini tesevvur etdikce ((

    Cavab yaz
  • Anonim
    asi · 15 Noyabr 09:0111

    Sağ əliniz ermənilərin başına...

    Cavab yaz
    • Anonim
      Asiye · 15 Noyabr 16:5811

      Qargis etmiyin ermenide olsa orda korpe ,yasli ,yawayir

      Cavab yaz
      • Anonim
        asi · 15 Noyabr 18:3701

        Yaşlıların cavanlığı iblis olub, körpələrinin də gələcəyi iblis olasıdı..88-ci ildəki zəlzələdən biri də olsa ermənistanda, sevindiyimdən həmin günü hər il bayram edərəm)...

        Cavab yaz
        • Anonim
          Asiy · 15 Noyabr 22:4920

          Ola biler men sevine bilmirem bele weye meni ermeniden ferqlendirende budu ele .feryad kinosuna baxmisiz.esir duwduyu evi yandirmaq istiyir ama ermeni ywaqinin aglamagini gorub paltosuyla so duren azerbaycanli bu kinoda da bizim olardan ferqimizi gosterir.

          Cavab yaz
          • Anonim
            asi · 16 Noyabr 09:4100

            Ermənidən fərqlənmək onların fəlakətinə sevinməmək olarsa, qoy mənim fərqim olmasın, fərq etməz)...Mənə belə fikrlər elədə çatmır..Erməni sənin millətini qırsın, uşaqlarını doğrasın, sonra filmdə yenə də nəsə sübut etməyə çalış özün haqqında..Kimə nə sübut etmək istəyirik??? Guya çox elə qiymət verən var bizim ürəyimizə)..Ehh, düşməndirsə, zəlzələdən ya vəlvələdən nə qədər çox qırılsa, o qədər yaxşıdır bizə...

            Cavab yaz
  • Anonim
    Lmn · 15 Noyabr 09:0916

    Iran seudiyye erebistanina toxunmamaliydi.mekke,medine muqeddes torpaqlardi.bunun altini gunahsiz insanlar cekdi

    Cavab yaz
    • Anonim
      asi · 15 Noyabr 10:0451

      Bahhh....Ərəbistan guyaki məlkdi elə...Bəs minlərlə insanı əl ayaq altında əzib öldürən Ərəbistan niyə günahının altın çəkmir??

      Cavab yaz
    • Anonim
      .. · 15 Noyabr 12:0071

      .09.09.-a Iran hec kime toxunmur,hec kime de eyilmir.Ona gore de ceke bilmirler.

      Cavab yaz
      • Anonim
        fs · 15 Noyabr 12:5860

        Beli,Iran barmaqla sayilan olkelerdendir ki,ehalisini oz istehsalati ile temin edir.

        Cavab yaz
        • Anonim
          .. · 15 Noyabr 14:0560

          Beli fs.Men yene inanmazdim taki,Xomeyninin siyasi heyatini oxumayana geder.Ne qeder sivil duwunceli insan olub.

          Cavab yaz
          • Anonim
            fs · 15 Noyabr 15:4260

            (..)xanim,Iranin kasib ehalisi bizim varlilar kimi yasayir,ozum olmasam da Iranda qohumlar olub.Iran cox guclu dovletdir,Amerikanin sanksiyalarina baxmayaraq ona bata bilmirler

            Cavab yaz
            • Anonim
              .. · 15 Noyabr 16:2440

              Menim qohumum ailelidir iranli vetendawla.Xeberdaram.Beli men de hesed apariram onlarin ozuneguvenine. Cunki halalliq var.Bizde de ogrunun eli kesilse,terezi duz olsa bereket olar.

            • Anonim
              fs · 15 Noyabr 20:2940

              Beli ,raziyam

XƏBƏR LENTİ

Copyright © 2015 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.