Dünya

Tbilisi hava limanı bağlandı - BOMBA HƏYƏCANI - YENİLƏNİB

14 Noyabr 2017 21:42
0 Şərh     Baxış: 1 909
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

21:42

Şota Rustaveli adına Tbilisi Beynəlxalq aeroportunda sərnişinlərin təxliyyəsi ilə əlaqədar üç aviareys təxirə salınıb.

Milli.Az report.az-a istinadən bildirir ki, bunlar Tbilisi-Astana, Tbilisi-Təl-Əviv və Tbilisi-Tehran reysləridir. 

Bu reyslər üzrə uçuşlar yaxın vaxtlarda yerinə yetiriləcək. Qeyd edək ki, anonim zəng nəticəsində aeroportun fəaliyyətində fasilə yaranıb. Polis aeroportun hər iki terminalında axtarış aparıb. Partlayıcı qurğu tapılmayıb.

Sərnişinlərə aeroportun hər iki terminalına girib-çıxmalarına icazə verilib.

"112" çağrı mərkəzinə zəng vuraraq yalan məlumat vermiş şəxs axtarılır.

20:21

Gürcüstan Daxili İşlər Nazirliyi Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanında partlayıcı qurğu olması ehtimalı barədə məlumat yayıb.

Milli.Az report.az-a istinadən bildirir ki, nazirliyin məlumatında hazırda hava limanında lazımi axtarış-xilasetmə tədbirlərinin həyata keçirildiyi qeyd olunub.

Məlumatda bildirilib ki, "112" Çağrı Mərkəzinə olunan naməlum zəngin yalan olması axtarışın nəticələrindən sonra məlum olacaq.

-----------

19:56

Şota Rustaveli adına Tbilisi beynəlxalq hava limanında fövqəladə vəziyyət yaranıb.

Milli.Az report.az-a istinadən bildirir ki, bu barədə Gürcüstanın "Birinci kanal" televiziyası məlumat yayıb.

Naməlum şəxs aeroportda təhlükəli çanta olması barədə "112" çağrı mərkəzinə zəng edib.
Hava limanındakı sərnişinlər təxliyyə olunublar, başqa ölkələrdən və şəhərlərdən gələn sərnişinləri təyyarələrdən kənara buraxmırlar.

Aeroportun ərazisində partlayıcı maddə axtarılır.

Hadisə yerində polis təhqiqat aparır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.