Dünya

İsveçdə kişi miqrantlar fahişəliyə cəlb olunurlar

14 Noyabr 2017 23:07
0 Şərh     Baxış: 3 356
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gender bərabərliyi sahəsində ciddi uğurlara imza atan İsveçdə fahişəliklə daha çox kişi miqrantlar məşğul olurlar.

Milli.Az oxu.az-a istinadən bildirir ki, belə bir qənaətə ölkənin Seksual Maarifləndirmə üzrə Milli Federasiyası gəlib.

Təşkilatın seksoloqu Suzann Larsdotter bildirib ki, hətta İsveç cəmiyyətində fahişə dedikdə əsasən gənc qızlar və qadınlar nəzərdə tutulur. Əxlaqsızlıqla kişi cinsinin nümayəndələri məşğul olurlarsa, heç kim onları zərərçəkmiş kimi qəbul etmir.

Bildirilir ki, 2015-ci ildə İsveçə 35 min qaçqın gəlib. Bir neçə ay sonra minlərlə miqrant hökumət nəzarətinin altından çıxıb. Araşdırma zamanı məlum olub ki, onların əksəriyyəti fahişəliklə məşğul olur. Miqrantlar hesab edirlər ki, çətinliklərə baxmayaraq, bu, onları vətəndə gözləyən həyatdan daha yaxşıdır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.