Dünya

"Avropa İttifaqı İrana qarşı sanksiyalar..."

13 Noyabr 2017 21:24
0 Şərh     Baxış: 819
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avropa İttifaqı İrana qarşı hər hansı sanksiyaların tətbiq edilməsini nəzərdən keçirmir.  

Milli.Az APA-ya istinadən xəbər verir ki,  bunu Avropa diplomatiyasının rəhbəri Federika Moqerini bəyan edib.

"Biz bunu nə bu gün, nə də ötən həftə müzakirə etmişik. Gələcəkdə də bununla bağlı müzakirələr nəzərdə tutulmayıb. Avropa İttifaqı İrana qarşı sanksiyalar tətbiq etməyəcək", deyə F.Moqerini vurğulayıb.
 
Qeyd edək ki, oktyabrın 26-da ABŞ Nümayəndələr Palatası səs çoxluğu ilə İranın nüvə proqramı ilə əlaqədar rəsmi Tehrana qarşı yeni sanksiyalar paketini təsdiqləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.