Dünya

Putini müşahidə edən heyətin təyyarəsi hava limanında qaldı - PROBLEM

13 Noyabr 2017 17:03
2 Şərh     Baxış: 2 106
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezident Administrasiyasının nümayəndə heyətinin Moskva şəhərindəki "Vnukovo" hava limanında prezident Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasındakı danışıqlara yollanmalı olduğu "Tu-204" təyyarəsi sıradan çıxıb.

Milli.Az report-a istinadən xəbər verir ki, təyyarədə texniki nasazlıq aşkar edilib.

Vəziyyəti şərh edən Rusiya Prezidenti İşlər İdarəsinin sözçüsü Yelena Krılova qeyd edib ki, bu cür hallarda təhlükəsizlik məsələsi başlıca rol oynayır.

"Hər təyyarə uçuşdan əvvəl diqqətlə yoxlanılır. İndi Kreml nümayəndələrini operativ şəkildə yeni təyyarə ilə təmin edəcəyik", - o deyib.

"Rusiya" xüsusi uçuş bölməsi operativ şəkildə təyyarəni əvəzləyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.