Dünya

İrəvanda tələbələr 5 gündür küçələrdədir - VİDEO

13 Noyabr 2017 16:58
3 Şərh     Baxış: 801
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda hərbi xidmətdən möhlət hüququnun ləğvinə etiraz aksiyaları 5 gündür davam edir.

Milli.Az apa.tv-yə istinadən xəbər verir ki, İrəvan Dövlət Universitetinin tələbələri əsas korpus önündə toplaşaraq, tələbləri yerinə yetirilməyənədək dərslərdə iştirakdan imtina etdiklərini açıqlayıb.
 
Xatırladaq ki, etirazçılar noyabrın 9-da baş nazir, habelə müdafiə və təhsil nazirləri ilə görüşsələr də, danışıqlar nəticəsiz başa çatıb. Bundan sonra müdafiə nazirinin müavini Artak Zakaryan bildirib ki, qanun layihəsinə xüsusi istedadlı tələbələrə müəyyən güzəştlərlə bağlı düzəliş edilib və onlar parlamentin 14-17 noyabr tarixlərindəki iclaslarında müzakirə olunacaq.
 
Xatırladaq ki, tələbələrə hərbi xidmətdən möhlət hüququnun ləğvini nəzərdə tutan qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İrəvanda tələbələr 5 gündür küçələrdədir

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.