Dünya

18 nazirlikdən 5-i ləğv olundu - Gürcüstanda

13 Noyabr 2017 12:51
0 Şərh     Baxış: 1 051
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın hökumət strukturlarında islahatlar bundan sonra da davam edəcək.

Milli.Az report-a istinadən xəbər verir ki, bunu ölkənin baş naziri Giorgi Kvirikaşvili noyabrın 13-də keçirdiyi brifinqdə deyib. 

O qeyd edib ki, hökumətin tərkibində kadr dəyişikliyi edilib. Belə ki, İqtisadiyyat və Energetika nazirlikləri birləşdirilib. Bu quruma hazırkı maliyyə naziri Dmitri Kumsişvili rəhbərlik edəcək.

D.Kumsişvili həmçinin baş nazirin müavini vəzifəsini tutacaq. Gurcüstan "Dəmir Yolları" SC-nin sabiq sədri Mamuka Bakradze isə maliyyə naziri təyin edilib.

Baş nazirin sozlərinə görə mədəniyyət və idman nazirlikləri də birləşdirilib. Ümumilikdə isə 18 nazirlikdən 5-i ləğv olunub.

G.Kvirikaşvilinin sözlərinə görə, kadr islahatları hüquq-mühafizə və prokurorluq orqanlarında da aparılacaq. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.