Dünya

Gürcüstanda 5 nazirlik ləğv ediləcək

12 Noyabr 2017 21:47
0 Şərh     Baxış: 1 127
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstan hökumətinin tərkibində struktur dəyişiklikləri aparılacaq.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, hazırda fəaliyyət göstərən 18 nazirlikdən 5-i ləğv olunacaq.

Dəyişikliklər nəticəsində İqtisadiyyat ilə Energetika, Mədəniyyət ilə İdman, Kənd Təsərrüfatı ilə Ətraf Mühit nazirlikləri birləşdiriləcək.

Bundan başqa, Avropa və Avroatlantik inteqrasiya məsələləri üzrə dövlət nazirinin vəzifəsi ləğv olunacaq və bu struktur Xarici İşlər Nazirliyinə birləşdiriləcək.

Mətbuatın yazdığına görə, İqtisadiyyat ilə Energetika nazirlikləri birləşdirildikdən sonra bu quruma hazırki maliyyə naziri Dmitri Kumsişvilinin rəhbərlik edəcəyi gözlənilir. Daxili işlər naziri Qeorqi Mqebrişvili və elm və təhsil naziri Aleksandr Cecelava vəzifələrindən kənarlaşdırılacaqlar. Hazırki iqtisadiyyat naziri Qeorqi Qaxariya isə daxili işlər naziri təyin olunacaq.

Mədəniyyət ilə İdman nazirlikləri birləşdikdən sonra bu quruma kimin nazir təyin olunacağı hələlik məlum deyil.

Maliyyə naziri vəzifəsinə "Gürcüstan Dəmir Yolları" SC-nin sədri Mamuka Baxtadzenin və ya D.Musişvilinin hazırki müavini Qeorqi Tabuaşvilinin təyin ediləcəyi gözlənilir.

Hökumətdəki kadr dəyişiklikləri barədə yaxın günlərdə ictimaiyyətə məlumat veriləcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.