Dünya

Yunanıstanda azərbaycanlıların yeni diaspor təşkilatı yaradıldı - FOTO

10 Noyabr 2017 17:10
0 Şərh     Baxış: 2 137
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qala" Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyəti noyabrın 9-da açılış mərasimini və Azərbaycanın Dövlət Bayrağı Gününü qeyd edib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Milli.Az-a verilən məlumata görə, mərasimdə Azərbaycanın Yunanıstandakı Səfirliyinin müvəqqəti işlər vəkili Eldar Əliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri İlham Məmmədov, Türkiyənin Salonikdəki Baş konsulluğunun nümayəndələri, cəmiyyətin üzvləri, yunan icması, Salonik şəhərindəki digər diaspor təşkilatlarının sədrləri, turizm firmalarının və dövlət qurumlarının nümayəndələri olmaqla 70-dək şəxs iştirak edib.

Tədbirdə cəmiyyətin sədri Rəşid Məmmədov cəmiyyətin yaradılması, gələcək fəaliyyəti və planları haqqında danışıb. Daha sonra açılış mərasimində çıxış edənlər təşkilatın rəhbərliyinə uğurlar arzulayaraq, ölkəmizin zəngin və qədim mədəni irsinin, tarixinin, turizm potensialının və Qarabağ həqiqətlərinin Yunanıstanda tanıdılması istiqamətində cəmiyyətin səmərəli fəaliyyət göstərəcəyinə ümidvar olduqlarının deyiblər.

Qeyd edək ki, Azərbaycan, rus, ingilis və yunan dillərində qala2017.com saytı da yaradılıb.

Yusif Nəsirli

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.