Dünya

Gürcüstanda 28 yaşlı qadın "Sibir xorası" xəstəliyindən ölüb

8 Noyabr 2017 21:54
0 Şərh     Baxış: 1 351
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Poti şəhərində 28 yaşlı qadın "Sibir xorası" xəstəliyindən dünyasını dəyişib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Səhiyyə nazirliyinin regional laboratoriyasının epidemioloqu Maki Qabuniya bildirib.

"Ehtimala görə, qadın tibbi yardım üçün vaxtında müraciət etməyib.  Ona müvafiq tibbi yardım göstərilsə də, həyatını xilas etmək mümkün olmayıb", deyə M.Qabuniya bildirib.
 
Qeyd edək ki, bu ilin sentyabrında Acarıstan Muxtar Respublikasının sakini "Sibir xorası" xəstəliyindən ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.