Dünya

Futbolçuları aparan mikroavtobus qəzaya düşdü

23 Oktyabr 2017 15:14
0 Şərh     Baxış: 886
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın "Çixura" klubunun futbolçularını aparan mikroavtobus qəzaya düşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə komanda üzvləri Gürcüstan çempionatının XXXI turunda Batumi "Dinamo"suna 2:1 hesabı ilə qalib gəldikləri oyundan qayıdan zaman Xaşuri şəhərində baş verib.

Klub rəsmilərinin sözlərinin görə, hadisə nəticəsində komanda üzvlərindən yalnız biri ciddi zədə alıb. Kapitan Şota Kaşiyanın körpücük sümüyü sınıb.

Qeyd edək ki, "Çixura" 2014/2015 mövsümündə Avropa Liqasının III təsnifat mərhələsində "Neftçi"nin rəqibi olub. "Ağ-qaralar" Bakıda gürcülərlə qolsuz bərabərə qalsalar da, səfərdə 3:2 hesablı qələbə qazanaraq, mərhələ adlayıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.