Dünya

""Twitter" hesabım olmasaydı, prezident ola bilməzdim"

22 Oktyabr 2017 13:00
0 Şərh     Baxış: 1 349
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ prezidenti Donald Tramp özünün sosial şəbəkələrdən daim istifadə etməsini müdafiə edib. 

Report "Reuters"ə istinadən xəbər verir ki, bu barədə o, "Fox Business Network"a müsahibəsində deyib.

Tramp "Twitter" hesabının olmayacağı təqdirdə prezident seçkilərində qalib gələ bilməyəcəyini etiraf edib. "Twitter"də yazmaq, sanki, çap maşını kimi bir şeydir. Mən nəyisə yazan kimi, dərhal siz bunu öz şounuza yerləşdirirsiniz. Əgər sosial medialar olmasaydı, burada olacağıma şübhə edirəm", - deyə o bildirib.

Ağ Ev rəhbəri "Facebook", "Twitter" və "Instagram"dakı hesablarını nəhəng platforma adlandırıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.