Dünya

Luvrda Azərbaycan rəssamlarının əsərləri nümayiş olunub - FOTO

21 Oktyabr 2017 08:48
1 Şərh     Baxış: 2 048
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Parisdə keçirilən "Art Shopping" beynəlxalq müasir incəsənət sərgisində azərbaycanlı rəssamların əsərləri nümayiş etdirilib.

Milli.Az "Report"a istinadən bildirir ki, Parisdə Luvr muzeyinin Karusel salonunda baş tutmuş "Art Shopping" beynəlxalq müasir incəsənət sərgisində Azərbaycanı Əsmər Nərimanbəyova və Məryəm Ələkbərli təmsil ediblər.
Toğrul Nərimanbəyov Assosiasiyasının prezidenti Əsmər Nərimanbəyova "Report"a açıqlamasında bu sərgidə nümayiş olunan əsərlərini Azərbaycanın zəngin mədəniyyəti, incəsənəti, mənəvi dəyərlərindən ilham alaraq ərsəyə gətirdiyini bildirib. Rəssam deyib ki, məqsədi qədim və zəngin mədəniyyətimizi rənglər dünyasına çevirərək fransalılara təqdim etməkdir.
Azərbaycan rəssamlarının əsərlərində milli geyimlərimiz, milli musiqi alətlərimiz öz əksini tapıb və bu əsərlər milli elementlərlə zəngindir.
Builki sərgidə müxtəlif ölkələrdən gəlmiş 700 rəssam iştirak edir. "Art Shopping" beynəlxalq müasir incəsənət sərgisi 22 oktyabr tarixinədək davam edəcək.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.