Dünya

Braziliyada yeniyetmə məktəbdə atəş açıb, ölənlər və yaralananlar var

20 Oktyabr 2017 21:18
0 Şərh     Baxış: 555
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Braziliyanın Qoyaniya şəhərində 13 yaşlı yeniyetmə məktəbdə odlu silahdan atəş açıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, insident nəticəsində 2 şagird ölüb, daha 7-si yaralanıb.

Məlumata əsasən, yeniyetmə hərbi polisdə işləyən valideynlərinin silahından istifadə edib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib, yeniyetmə saxlanılıb.
 
Hazırda cinayətin motivləri araşdırılır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.