Dünya

Putin ABŞ-da Trampa hörmət edilmədiyinə təəsüflənib

19 Oktyabr 2017 23:52
0 Şərh     Baxış: 1 640
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampın hörmətə layiq olduğuna əmindir.

Milli.Az "Report"a istinadən bildirir ki, bu barədə "TASS" məlumat yayıb.
Qeyd olunur ki, Rusiyanın dövlət başçısı ABŞ-da Trampa hörmət edilmədiyinə təəsüflənib.
"Cənab Trampı ABŞ xalqı seçib, buna görə ona hörmət etmək lazımdır. Hətta əgər onun mövqeyi ilə razı olmasanız belə", - deyə Kreml rəhbəri bildirib.
O, hesab edir ki, Trampa hörmət etməmək onun seçicilərinə ehtiram göstərməmək deməkdir. "Mübahisə etmək olar, amma hörmət etməmək yox. Özü də şəxsən ona yox, səsini Trampa verən seçicilərə, "- deyə Rusiya prezidenti qeyd edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.