Dünya

Rusiyada kilsə kəbininin qanuni sayılması təklif olunur

19 Oktyabr 2017 19:18
0 Şərh     Baxış: 1 010
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada kilsədə kəsilən kəbinin qanuni nikah kimi qəbul edilməsi təklif olunur.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, Dövlət Dumasının üzvü Vladimir Sısoyev "Mədəniyyət haqqında" qanuna kilsə kəbininin dövlət tərəfindən tanınmasına imkan verən dəyişiklik edilməsini təklif edib.

Təklif qəbul ediləcəyi təqdirdə kilsə kəbini yeni evlənən cütlüklərə rəsmi nikahla eyni hüquqları verəcək.

V.Sısoyev bu təklifini Rusiyada insanların əksəriyyətinin inanclı olması, onların da əksəriyyətinin ortodoks olması ilə izah edir.

Bundan öncə digər rusiyalı deputat Yelena Mizulina gənclərin rəsmi nikah əvəzinə kilsə kəbininə üstünlük verdiyini bildirmişdi.

Qeyd edək ki, ötən gün Türkiyədə qanunvericiliyə müftilərə rəsmi nikah kəsməyə icazə verilməsini nəzərdə tutan dəyişiklik qəbul edilib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.