Dünya

ABŞ-dan xəbərdarlıq: daha bir 11 sentyabr terraktı hazırlanır

19 Oktyabr 2017 09:57
1 Şərh     Baxış: 1 329
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın daxili təhlükəsizlik nazirinin səlahiyyətlərini icra edən Eleyn Dyuk hesab edir ki, terror qruplaşmaları ölkədə yeni böyük terror aktları hazırlayırlar.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə o, Londonda Amerika səfirliyində çıxış edərkən deyib.

O deyib: "Terror qruplaşmları, İŞİD, yaxud digəriləri 11 sentyabr terror aktı kimi bir terrakt planlaşdırır. Bunun üçün onlar təyyarədən istifadə etmək istəyirlər, kəşfiyyatın bununla bağlı heç bir şübhəsi yoxdur".

E.Dyuk, həmçinin əlavə edib ki, belə aktların törədilməsində məqsəd xalqı təşviş içində saxlamaqdır.

O qeyd edib ki, hazırda ABŞ-da terror təhlükəsi 11 sentyabrdan bu bu günə ən yüksək səviyyədədir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.