Dünya

Ərdoğan: “Kürdçülük və türkçülük bölücülükdür”

18 Oktyabr 2017 19:36
3 Şərh     Baxış: 1 358
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bizim İraqdakı, Suriyadakı kürd qardaşlarımızla düşmənçiliyimiz yoxdur. İraq və Suriyadakı ərəblərə, türkmənlərə necə baxırıqsa, kürdlərə də eyni cür baxırıq. Bizim sadəcə və sadəcə terror təşkilatları ilə problemimiz var. 

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu sözləri Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada 40-cı muxtarlar toplantısında çıxışında deyib.
 
R.T.Ərdoğan bildirib ki, Türkiyə terror təşkilatları ilə mübarizə apararkən onların dininə, dilinə, kimliyinə baxmır: "PYD və YPG, çox təəssüf ki, kürdlərdən istifadə edən terror təşkilatlarıdır, PKK-nın qollarıdır. Kürd qardaşlarım, qüsura baxmayın, əgər bu terrorçuları müdafiə edirsinizsə, burada yollarımız ayrılır. Səmimi olmalıyıq. Mənim üçün türk, kürd, laz, çərkəz, abxaz ayrı-seçkiliyi yoxdur. Kürdəm demək ən təbii haqqınızdır, amma kürdçülük haqqınız deyil. Türkəm demək ən təbii haqqınızdır, amma türkçülük haqqınız deyil. Çünki bunlar bölücülükdür".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.