Dünya

İngiltərədə mavi 4 qüsurlu uşağı övladlığa götürdü - FOTO

18 Oktyabr 2017 11:10
1 Şərh     Baxış: 1 564
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Britaniyada 33 yaşlı homoseksual xeyirxahlığı ilə gündəmə gəlib.

Milli.Az Britaniya mediasına istinadla bildirir ki, Ben Karpenter adlı şəxs 4 qüsurlu uşağı övladlığa götürüb.

Yorkşir qraflığında yaşayan geylərdən biri olan Ben uşaqları övladlığa götürmək üçün 3 ilə yaxın "mübarizə aparıb". 3 il sonra uşaqlar ona verilib. O, Cek, Cozef, Lili və Rubi adlı fiziki qüsurlu uşaqları təkbaşına böyüdüb.

Ben bildirib ki, 5-ci uşağı da övladlığa götürə bilər.

"İnsanlar məni müqəddəs biri kimi hesab edirlər. Etdiyim hərəkətin diqqət çəkəcəyini bilirdim, amma mənim məqsədim sadəcə onlara yaxşı atalıq etməkdir. Uşaqları övladlığa götürməyə hazır olduğumu inandırmaq uzun vaxt aldı. Bu məsələdə anam və yaxın dostum mənə çox dəstək olub".

Qeyd edək ki, bəzi Avropa ölkələrində homoseksualların övladlığa uşaq götürmələri qadağandır.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.