Dünya

İki ölkəni fəlakətdən təbiət qurtardı - VİDEO - FOTO

18 Oktyabr 2017 10:10
0 Şərh     Baxış: 1 983
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yağışlar və havanın temperaturunun aşağı düşməsi Portuqaliya ilə İspaniyada fəlakətli meşə yanğınları ilə mübarizədə yanğınsöndürənlərə kömək edib.

Milli.Az AP-yə istinadən bildirir ki, iki ölkədəki meşə yanğınlarında 41 nəfər həlak olub.

Portuqaliyanın hakimiyyət dairələrinin verdikləri məlumata görə, yanğın ocaqları artıq nəzarət altındadır. Meşə yanğınlarında 36 nəfər həlak olub, 7 nəfər itkin düşüb, onlarla insan yaralanıb. Ölkədə üçgünlük matəm elan olunub.

Yanğınlar əsasən Portuqaliyanın mərkəzi və şimal ərazilərinə yayılmışdı. Bu səbəbdən Taho çayından şimaldakı bölgələrdə, Portuqaliya ərazisinin faktiki olaraq yarısında fövqəladə vəziyyət elan olunmuşdu.

İyun ayında Portuqaliyada meşə yanğınlarında 64 nəfər həlak olmuşdu.

İspaniyanın şimal-qərbindəki meşə yanğınlarında isə 4 nəfər həlak olub. Hazırda 27 meşə yanğını var və onların 7-si yaşayış məntəqələrinin yaxınlığındadır.

İspaniyanın "Real" (Madrid) klubunun ulduzu Kriştianu Ronaldu Twitter-dəki profilində meşə yanğınlarından əziyyət çəkmiş insanlara dəstək verib: "Bu faciəyə laqeyd qalmaq mümkün deyil. Həlak olanların ailə üzvlərinə, yaxınlarına və dostlarına həmrəyliyimi bildirirəm. İnsanlara yardım etmək üçün həyatlarını riskə atan yanğınsöndürənləri dəstəkləyirəm".

Videonu izləmək üçün şəklə klikləyin:

İki ölkəni fəlakətdən təbiət qurtardı

Yüzlərlə meşə yanğınının səbəbləri araşdırılır.

İspaniyanın bölgə hökumətinin rəhbəri Alberto Nunyes Feyhoonun dediyinə görə, yanğınların əksəriyyəti qəsdən törədilib. Daxili işlər naziri Xuan İqnasio Soydo isə səbəbkarların bir neçəsinin kimliyinin bəlli olduğunu deyib. Onların suçu məhkəmədə sübut edilərsə, bu adamları 20 ilədək həbs gözləyir.

Bəziləri avtomobillərə minərək xilas olmağa çalışıblar və elə maşındaca yanıblar. Yanğınların əhatəyə aldığı Nodeyrinyo kəndində 12 nəfər yalnız su sisterində gizləndikləri üçün sağ qalıblar.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.