Dünya

Ukrayna deputat toxunulmazlığını ləğv edir

17 Oktyabr 2017 23:56
0 Şərh     Baxış: 934
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Deputat toxunulmazlığının ləğvi və Antikorrupsiya məhkəməsinin yaradılması ölkədə korrupsiyaya qarşı mübarizənin mühüm tərkib hissəsidir.

Milli.Az virtualaz.org-a istinadən bildirir ki, bunu Ukrayna prezidenti Petro Poroşenko bəyan edib. O bildirib ki, yeni məhkəmənin yaradılması üçün dövlət büdcəsindən maliyyə vəsaiti ayrılacaq.

P.Poroşenko uzun müddətdir cəzasızlığa zəmanət verən deputat toxunulmazlığının ləğvi ilə bağlı təxirəsalınmaz qanun layihəsini artıq Ali Radaya təqdim etdiyini də bildirib.

Xatırladaq ki, bu gün bir neçə min insan Ukrayna Ali Radasının binası yanında etiraz aksiyası keçirib. Onlar deputat toxunulmazlığınının ləğvini, seçki qanunvericiliyini dəyişdirməyi, həmçinin korrupsiyaya qarşı məhkəmə yaratmağı tələb ediblər.

Onu da qeyd edək ki, Odessanın keçmiş qubernatoru və yeni RUX hərəkatının lideri Mixail Saakaşvili mitinqdə Ukrayna prezidenti Petro Poroşenkoya istefaya getməyi məsləhət görüb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.