Dünya

Məşhur müğənni avtomobil qəzasına düşdü

17 Oktyabr 2017 10:39
0 Şərh     Baxış: 870
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın tanınmış müğənnisi Oleq Qazmanov avtomobil qəzasına düşüb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, hadisə Perm diyarının Usolsk rayonu ərazisində baş verib.
 
Q.Qazmanov "Instagram" səhifəsində yazıb ki, qəzaya avtomobilin təkərlərinin yoldakı çuxurda zədələnməsi səbəb olub.
 
"Elə indicə qəzaya düşdük. Yolda iki çuxur var. Birindən çıxan armatur avtomobilimin iki təkərini deşdi. Hamı ehtiyatlı olsun", - deyə müğənni yazıb.
 
O, daha sonra qeyd edib ki, Permə oktyabrın 18-də konsert vermək üçün gəlib. Müğənni qəzanın körpüdə baş verdiyini də əlavə edib.  
 
Hüquq-mühafizə orqanlarından və yol xidmətindən hələlik heç bir açıqlama verilməyib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.