Dünya

Geri çəkilən peşmərgələr arasında çaxnaşma: Bərzaninin müxbiri ağladı - VİDEO

16 Oktyabr 2017 16:28
1 Şərh     Baxış: 5 235
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kərkükdə peşmərgələr arasında çaxnaşma düşüb.

İraq ordusunun Kərkükə cənubdan daxil olması bölgədəki KYB (Kürdüstan Yurdsevərlər Birliyi) və KDP-li (Kürdüstan Demokrat Partiyası) peşmərgələr arasında toqquşmaya səbəb olub. 

Digər yandan bir qrup peşmərgə komandirlərinin döyüş meydanını tərk etməsini gözləri ilə görən, Bərzaniyə yaxınlığıyla tanınan "Rudaw" telekanalının müxbiri göz yaşlarını saxlaya bilməyib.

"Rudaw"a danışan mayor rütbəli bir peşmərgə: "Hücum qarşısında yaxşı müdafiə olunduq. 3 saatdan çox cavab atəşi açdıq və geri çəkilmədik. Ancaq çox təəssüf ki, sonda geri çəkildik. Döyüşdüyümüz mövqelərdən niyə geri çəkildiyimizi anlamıram. Xalqın bu əmri verən komandirdən bunun cavabını tələb etməyini istəyirəm", - deyib.

"Yaxşı müdafiə olunduq. Xeyli sayda könüllü də bizə qoşuldu" deyən mayor: "Bizə rəhbərlik edəcək birinin olacağı təqdirdə verdiyimiz mövqeləri geri qaytarmağa hazırıq. Ancaq hansı əmrlə bunu edəcəyimizi bilmirik" ifadələrini işlədib.

Təhməz Təkin

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

İraqda kürdlərlə savaş BAŞLANDI

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.