Dünya

Qızına görə 17 məzar açdırdı, 8 il sonra tanınmaz halda tapdı - VİDEO - FOTO

16 Oktyabr 2017 14:22
3 Şərh     Baxış: 16 551
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ankarada 8 ildir yoxa çıxan qızı üçün 17 məzar açdıran ananın üzü gülüb.

Milli.Az Haberler-ə istinadən xəbər verir ki, televiziya proqramına gələn xəbərlə qızına qovuşan ana Fatma Toyquncu qızının psixologiyasının pozulduğunu deyib.

Ankaranın Sincan qəsəbəsində 18 yanvar 2011-ci il tarixində, 14 yaşındaykən, bacısı Şerifeyə test almaq üçün evdən çıxan, ancaq bir daha geri dönməyən Melike anası Fatma Toyquncunun qatıldığı bir verilişə gələn zəng sonrası Malatyada tapılıb. Melikeni götürməyə gedən zaman onun psixologiyasının pozulduğunu və qorxu dolu gözlərlə baxdığını söyləyən Fatma Toyquncu "Çəkmədiyim acı, iztirab qalmadı. Adını təhdidlərlə Tuğba olaraq əzbərlədiblər. Qoxusundan tanıdığım qızıma qovuşduqdan sonra DNT testinə getdik" deyib.

Ana Fatma Toyquncu təxminən 8 il kabus dolu günlər yaşayan qızı Melikeni tapmaq üçün nələr etdi?

Toyquncu qızının cəsədini gələn xəbərlər sonrası öncə Sincan dərəsində, daha sonra məzarlıqda axtardıb. Məhkəmə qərarı ilə 17 fərqli məzar açılıb, aparılan DNT testləri sonrası onların Melikenin cəsədi olmadığı məlum olub.

Qızı Melikeyə illər sonra qovuşmağın sevincini yaşayan Fatma Toyquncu "Qızım Melike aldığı zərbələr, təzyiq, şiddət, təhdidlər sonrası keçirdiyi qorxu səbəbiylə psixoloji travma alıb. Qızım ilk olaraq israrla adının "Tuğba" olduğunu dedi. Qızımı "Ailəni yox edərik" təhdidləri ilə qarşı-qarşıya qoyaraq adını Tuğba olaraq qəbul etdiriblər. Qızım son dörd ay idi ki, Malatyada təxminən 50 yaşlı bir vətəndaşın evində saxlanılırmış. Qızımı təyyarə ilə İstanbula gətirdik, müalicə edib, yaralarını bağlatmağa başladıq" deyib.

Məhəmməd Vaqif
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Tapmaq üçün 17 məzar açdırdığı qızını 8 il sonra tanınmaz halda tapdı

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.