Dünya

Nobel mükafatçısı Trampı tənqid etdi: "O, münaqişəni alovlandırır"

15 Oktyabr 2017 09:35
1 Şərh     Baxış: 1 251
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2017-ci il Nobel Sülh mükafatı laureatı - Beynəlxalq Nüvə Silahının Qadağan Olunması üzrə Təşkilat (ICAN) ABŞ prezidenti Donald Trampın İranla bağlı strategiyasını tənqid edib.

Milli.Az report.az-a istinadən bildirir ki, bunu "ICAN"-ın icraçı direktoru Beatris Fin bəyan edib. 

"MAQATE-nin İranın bütün şərtlərə əməl etməsini dəfələrlə bəyan etməsinə baxmayaraq, Trampın bu ölkə ilə bağlı razılaşmanı pozmaq cəhdləri bir daha dünya qarşısnda duran böyük nüvə təhlükəsi barədə xatırlatmadır və bütün ölkələrin bu silahı qadağan etməsinə, məhv etməsinə işarədir", - deyə o qeyd edib.

Onun qənaətinə görə, Tramp öz hərəkətləri ilə yeni münaqişəni alovlandırır. ABŞ prezidenti nüvə müharibəsi təhlükəsini azaltmır. 

Milli.Az 

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.