Dünya

Ömürlük məhkum kamera yoldaşını öldürüb, cəsədini sürüdü - VİDEO - FOTO

14 Oktyabr 2017 11:22
0 Şərh     Baxış: 2 376
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Həbsxananın təhlükəsizlik kamerasına düşən görüntülər mətbuatda yayımlanıb.

Milli.Az Britaniya mediasına istinadla bildirir ki, videoda məhkumun həbsxana yoldaşını döyərək öldürüb, sonra da onu ağ çexola bükərək sürüyüb yeməkxanadan çıxarması əks olunub.

Kadrlar Kanadanın Ontario əyalətinin London şəhərində çəkilib.

Anthony George adlı məhkum kamera yoldaşı Adam Kargusu yumruqlayaraq öldürüb. O, daha sonra Adamın cəsədini çexola bükərək yeməkxana boyunca sürüyüb. Həmin anları nəzarətçi görməyib.

Qeyd edək ki, George 2013-cü ildə törətdiyi cinayətə görə ömürlük azadlıqdan məhrum edilib.

Milli.Az görüntüləri təqdim edir:

Emin
Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Ömürlük məhkum kamerayoldaşını öldürüb, cəsədini sürüdü

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.