Dünya

"Hər hansı bir ölkənin lideri mühüm beynəlxalq sazişi ləğv edə bilməz" - Ruhani

14 Oktyabr 2017 08:53
0 Şərh     Baxış: 1 268
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Hər hansı bir ölkənin lideri BMT-nin dətəklədiyi mühüm beynəlxalq sazişi ləğv edə bilməz.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu İran prezidenti Həsən Ruhani ABŞ prezidenti Donald Trampın çıxışını şərh edərkən deyib.

O, bildirib: "Bu, BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilmiş çoxtərəfli beynəlxalq sazişdir. Bu BMT-nin sənədidir. Bir prezident bu mühüm beynəlxalq sazişi birtərəfli qaydada ləğv edə bilərmi? Görünür ki, onun işlərdən xəbəri yoxdur".

Ruhani həmçinin qeyd edib ki, İran öz silah və raketlərini yalnız müdafiə məqsədi ilə istifadə edir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.