Dünya

Tramp ABŞ-ın İrana qarşı yeni strategiyanı elan edib

13 Oktyabr 2017 22:28
0 Şərh     Baxış: 1 560
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Prezident Donald Tramp ABŞ-ın İrana qarşı yeni strategiyasını elan edib

Milli.Az APA-ya istinadən xəbər verir ki, Vaşinqtonda çıxış edən D.Tramp növbəti dəfə İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib.

ABŞ prezidenti bildirib ki, Ağ Ev razılaşmada yer alan nöqsanları aradan qaldırmaq üçün Konqreslə birlikdə çalışacaq. Bununla belə, Tramp gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib.
 
Tramp həmçinin İrana qarşı, terrorun maliyyələşdirilməsinin qarşısını almaq istiqamətində  yeni sanksiyaların tətbiq ediləcəyini bəyan edib. Qeyd edək ki, ABŞ prezidentinin çıxışından bir neçə dəqiqə əvvəl ölkənin Maliyyə nazirliyi İrana qarşı yeni sanksiyalar tətbiq edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.