Dünya

“Tbilisinin mərkəzindəki Bakı küçəsi əsaslı təmir olunmalıdır” - Kaxa Kaladze

7 Oktyabr 2017 22:00
0 Şərh     Baxış: 1 693
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Oktyabrın 21-də Gürcüstanda yerli özünüidarəetmə orqanlarına və Tbilisi şəhərinin meri vəzifəsinə seçkilər keçiriləcək. Mən mer seçilsəm Tbilisidəki Bakı küçəsini əsaslı təmir etdirəcəyəm".

Milli.Az "Report"a istinadən bildirir ki, bu sözləri Gürcüstanın keçmiş energetika naziri, hakim "Gürcü arzusu-demokratik Gürcüstan" partiyasından Tbilisi şəhər meri vəzifəsinə namizəd Kaxa Kaladze söyləyib.
Kaladze deyib: "Tbilisi şəhərindəki köhnə küçələrin təmiri bizim üçün prioritet məsələlərdən biridir. Tbilisinin mərkəzində belə küçələrdən biri də Bakı küçəsidir. Azərbaycan bizim üçün yaxın qonşu və dost ölkədir. Hesab edirəm ki, Bakı küçəsi də öz görkəmini dəyişməli və yenilənməlidir. Tbilisi şəhərinin meri seçilsəm Bakı küçəsinin təmiri və yenidən qurulması üçün əlimdən gələni edəcəyəm".
Kaxa Kaladze seçkilərdə qalib gələcəyi təqdirdə şəhərin abadlaşdırılması istiqamətində çox işlər görüləcəyini vurğulayıb.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.