Dünya

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlandı

4 Oktyabr 2017 14:27
1 Şərh     Baxış: 2 351
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kimya üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb. 

Milli.Az report-a istinadən xəbər verir ki, Jak Dyuboşe (İsveçrə), Yoahim Frank (ABŞ) və Riçard Hederson (Britaniya) yüksək molekulyar biomolekulların strukturunu təyin etmək üçün krioelektron mikroskopun hazırlanmasına görə bu mükafata layiq görülüblər.

Qeyd edək ki, bu il tibb və fiziologiya sahəsində Nobel mükafatı Cefferi Holl, Maykl Rosbaş və Maykl Yanqa verilib. Onların üçü də ABŞ-da anadan olub və yerli universitetlərdə işləyir. Alimlər insan orqanizmində "molekulyar saat mexanizminin dövriyyəsi"ni kəşf ediblər.

ABŞ alimləri - Rayner Vays, Barri Bariş və Kip Torn fizika sahəsi üzrə Nobel mükafatına layiq layiq görülüblər. Bu alimlər kosmik mənşəli qravitasiya dalğasını müəyyən ediblər.
Qeyd edək ki, oktyabrın 9-da iqtisadiyyat sahəsində laureatların adları açıqlanacaq. Nobel Sülh Mükafatına layiq görüləcək şəxsin adı isə oktyabrın 6-da elan olunacaq.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.