Dünya

Bankı qarət etmək üçün 1 milyon xərclədilər

4 Oktyabr 2017 21:06
0 Şərh     Baxış: 832
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

San-Paulu şəhərinin polisi bank qarətinə cəhd göstərməkdə şübhəli bilinən 16 nəfəri həbs edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, cinayətkarlar "Banco do Brasil" bankının xəzinəsinə aparan təxminən 500 metrlik tunel qazıblar. İstintaqın versiyasına görə, şübhəlilər 1 milyard real (318 milyon dollara yaxın) oğurlamaq istəyirmiş. Polis müəyyən edib ki, tunelin tikintisinə təxminən 1 milyon dollar xərclənib. Plan baş tutsaydı, ölkə tarixinin ən böyük qarəti baş verəcəkdi.

Bundan əvvəl Fortalez şəhərində yerləşən Braziliya Mərkəzi Bankı qarət edilərkən də tuneldən istifadə olunmuşdu. O zaman plan baş tutmuş və cinayətkarlar 52 milyon dollar oğurlaya bilmişdilər. Lakin həmin tunel indikindən 8 dəfə kiçik idi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.