Dünya

Poroşenko ilə erməni əsilli nazir arasında qalmaqal

3 Oktyabr 2017 20:20
0 Şərh     Baxış: 1 284
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ukraynanın daxili işlər naziri Arsen Avakovun köməkçisi, deputat Anton Qeraşenko "ICTV" kanalının efirində öz rəisi və prezident Pyotr Poroşenko arasında münaqişə barədə danışıb. Onun sözlərinə görə, münaqişə Poroşenkonun prezident seçildiyi ilk gündən başlanılıb.

Milli.Az azvision.az-a istinadən xəbər verir ki, Qereşenko vurğulayıb ki, tərəflər arasında münaqişənin səbəbi Ukraynada təhlükəsizliyin təmin olunması və kriminal araşdırmalara müxtəlif cür yanaşma olub. 

Qeraşenko bəyan edib ki, Poroşenko hüquq-mühafizə orqanlarını öz nəzarəti altına götürmək istəyib: ""Xalq cəbhəsi, şəxsən mən və Arsen Avakov onun çox pis prezident olduğunu düşünürük. Çünki sabiq prezident Viktor Yanukoviç də tam olaraq güc strukturlarına nəzarət edirdi. Siz bunun nəyə səbəb olduğunu bildiniz".

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.