Dünya

Tibb üzrə Nobel mükafatının sahibləri məlum oldu

2 Oktyabr 2017 14:13
0 Şərh     Baxış: 2 456
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İsveçdə 2017-ci il üzrə tibb və fiziologiya üzrə Nobel mükafatının laureatları məlum olub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu mükafata ABŞ-lı alimlər Ceffri Holl, Maykl Rozbaş Maykl Yanq layiq görülüblər.

Onlar "hüceyrə saatı" adı verilən və orqanizmin sirkad ritmlərini nizamlayan molekulyar mexanizmlərin tədqiq olunmasına görə Nobel mükafatı ilə təltif edilib.

Qeyd edək ki, mükafatin təqdim edilməsi mərasimi hər il dekabrın 10-da İsveçin və Norveçin paytaxtlarında keçirilir.

Fizika, kimya, fiziologiya və təbabət, ədəbiyyat və iqtisadiyyat sahələrində mükafatlar Stokholmda İsveç Kralı tərəfindən, sülhün qorunması sahəsində mükafat isə Osloda Norveç Kralının və kral ailəsi üzvlərinin iştirakı ilə Norveç Nobel Komitəsinin sədri tərəfindən təqdim edilir.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.