Dünya

Gürcüstan DİN ermənilərlə polis arasında dava barədə RƏSMİ MƏLUMAT - FOTO

30 Sentyabr 2017 20:12
0 Şərh     Baxış: 2 326
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) Samtsxe-Cavaxeti bölgəsinin Kumudro kəndində yerli erməni sakinlərin iştirakı ilə baş vermiş insidentlə bağlı məlumat yayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bir qrup yerli sakin Kumudro kəndində X əsrə aid olan və bərpası davam etdirilən kilsəyə daxil olmağa cəhd ediblər: "Mühafizə polisi vətəndaşlara kilsə ərazisinə daxil olmağa icazə verməyib və bundan sonra bəzi sakinlər polis əməkdaşlarına qarşı fiziki güc tətbiq edərək onlara daş atıblar. İnsident nəticəsində polis əməkdaşları xəsarət alıb və nazirliyə məxsus maşınlara ziyan dəyib. Daxili işlər naziri Giorgi Mqebrişvili hadisə yerində olub və yerli sakinlərlə görüşüb. Hazırda kənddə vəziyyət sakitdir".
 
DİN insidentlə bağlı istintaqa başlayıb.
 
Qeyd edək ki, Kumudro kəndinin erməni sakinlərinin kilsə ərazisinə daxil olmağa cəhdinin məqsədi orada xaç quraşdırmaq olub. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.