Dünya

Gürcüstanda azərbaycandilli məktəbdə hicab qadağası - YENİLƏNİB

27 Sentyabr 2017 16:07
10 Şərh     Baxış: 2 455
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

16:07

Gürcüstan parlamentinin Təhsil, elm və mədəniyyət məsələləri üzrə komitəsinin sədri Mariam Caşi Telavi rayonunun Qaracala kənd məktəbində hicabla bağlı yaranmış insidentə münasibət bildirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, komitə sədri bildirib ki, məktəb dindən azad olmalıdır: "Qanunvericilik və subyektiv mövqe ondan ibarətdir ki, məktəb siyasət və dindən azad olmalıdır".

Gürcüstanın Gənc Hüquqşünaslar Assosiasiyası isə Qaracala məktəbində hicabla bağlı problemi araşdırmağa başlayıb. Təşkilat məsələ ilə bağlı Ombudsman Aparatına müraciət edəcək.
 
Qeyd edək ki,  adıçəkilən məktəbin direktoru hicablı 7-ci sinif şagirdini məktəbə buraxmayıb. 

------------

14:57

Gürcüstanın Telavi rayonunun azərbaycanlıların sıx yaşadığı Qaracala kəndində məktəb direktoru hicablı 7-ci sinif şagirdini məktəbə buraxmayıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, şagirdin atası Tahir Astanov məktəb rəhbərliyini dini azadlığın məhdudlaşdırılmasında ittiham edərək, Gürcüstanın Təhsil və Elm Nazirliyini məsələyə münasibət bildirməyə çağırıb. O, artıq məsələ ilə bağlı Telavi Resurs Mərkəzinə müraciət edib.

Məktəb direktoru Elza Aşirova isə bildirib ki, məktəb qaydalarına əsasən, baş örtüyünə qadağa qoyulub. Onun sözlərinə görə, şagirdlərin məktəbə papaq və başqa baş örtükləri ilə gəlməsi qadağandır.

Qeyd edək ki, son illər Gürcüstanın orta məktəblərində hicabla bağlı bir neçə insident qeydə alınıb. Bu yaxınlarda ombudsman insidentlərlə bağlı ölkənin Təhsil və Elm Nazirliyinə şagirdlərin dini mənsubiyyətini ifadə etmək hüququnun təmin edilməsi ilə bağlı müraciət edib.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.