Dünya

İran parlamentində fövqəladə iclas

27 Sentyabr 2017 13:56
0 Şərh     Baxış: 2 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İraqın Kürdüstan bölgəsində keçirilmiş referendumla əlaqədar İran parlamenti fövqəladə iclasa yığışıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, qapalı keçirilən fövqəladə iclasda İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani də iştirak edib.
 
Parlamentin Rəyasət Heyətinin sözçüsü Behruz Neməti toplantı barədə jurnalistlərə açıqlamasında bildirib ki, Ə. Şəmxani İraq Kürdüstanında keçirilən referendum və bölgədə bununla bağlı baş verən hadisələrə dair çıxış edib və İraqın ərazi bütövlüyünü dəstəklədiklərini bəyan edib: "Məsələlər müzakirə yolu ilə həll olunmalıdır. İraqın ərazi bütövlüyü ölkə Konstitusiyası və beynəlxalq müqavilələrə əsasən qorunmalıdır".
 
Toplantının yekunları əsasında bəyanat qəbul edilib. Bəyanatda İraqın parçalanmasına yönəlmiş referendumu pislənib. Millət vəkilləri İraq mərkəzi hökumətini dəstəklədiklərini bildiriblər.

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.