Dünya

Bərzaninin gizli toplantısının detalları - Kərkük paytaxt olur, PKK ilə...

26 Sentyabr 2017 18:24
2 Şərh     Baxış: 3 929
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Kürd Regional Hökumətinin keçirdiyi referendumdan əvvəl baş tutan gizli toplantının bəzi detalları üzə çıxıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, sentyabrın 22-sində keçirilən görüş Məsud Bərzaninin məsləhətçisi Xoşyar Zebarinin evində olub.  Toplantıda "İsrailin dostu" kimi tanınan, ABŞ-ın İraqdakı keçmiş səfiri Zalmay Xəlilzadla birgə ABŞ işğalından sonra hazırlanan 2005-ci il konstitusiyası ilə İraqın bölünməsini təmin edən və Bərzaniyə muxtar bölgə statusu qazandıran ABŞ diplomatı Peter Vudard Qalbrait və Fransanın sabiq XİN rəhbəri Bernar Kuşnerin də iştirak etdiyi bildirilir. 

Mediaya sızan xəbərlərdə qeyd edilir ki, gizli yığıncaqda Kərkükün paytaxt edilməsi, PKK ilə ortaq ordu qurulması, sərhədin aradan qaldırılması, Mosul və bir çox iri şəhərlərin Regional Hökumətin tərkibinə qatılması məsələləri müzakirə edilib. Bundan başqa, Məsud Bərzaniyə verilən təlimatlarda kütləvi köç də yer alır. Belə ki, son 10 ildə 2 milyona yaxın ərəb və türkmənə yönəlmiş köç siyasəti davam etdiriləcək. 

Milli.Az

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.