Dünya

Olimpiadada Toğrul Əsgərova uduzan güləşçinin xatirə turnirində KÜTLƏVİ DAVA - VİDEO

26 Sentyabr 2017 14:31
0 Şərh     Baxış: 3 585
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Krasnodar şəhərində sərbəst güləş üzrə olimpiya mükafatçısı, dördqat dünya çempionu Besik Kuduxovun xatirəsinə həsr olunmuş turnirdə kütləvi dava düşüb.

Milli.Az report-a istinadən xəbər verir ki, Rusiya və Qazaxıstanın 200-dən çox pəhləvanının qatıldığı yarış zamanı görüşlərdən biri yarımçıq dayandırılıb. Kütləvi davada məşqçilər və idmançılarla yanaşı, azarkeşlər də iştirak edib.

Qeyd edək ki, Besik Kuduxov 2013-ci il dekabrın 29-da avtomobil qəzasında dünyasını dəyişib. O, 2012-ci il London Yay Olimpiya Oyunlarında 60 kq çəki dərəcəsi üzrə final görüşündə Azərbaycan güləşçisi Toğrul Əsgərova uduzub. Daha sonra isə dopinq-testi müsbət nəticə verdiyi üçün Kuduxov gümüş medaldan məhrum edilib.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin:

Драка на турнире по вольной борьбе памяти Бесика Кудухова. Краснодар

Digər maraqlı xəbərlər Milli.Az-ın Facebook səhifəsində

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.